• $
  • €
  • ₽
  • ₺
  • £

Bu məhsulların üzərində mal əti yazıldı, tərkibində mal DNT-si aşkarlanmadı

Bu məhsulların üzərində mal əti yazıldı, tərkibində mal DNT-si aşkarlanmadı
06.04.2023 11:19
Qida Təhlükəsizliyi Agentliyi kolbasa və sosiska məhsullarında aparılan yoxlamalar zamanı 9 məhsulda uyğunsuzluq müəyyən edib. Bu barədə agentliyin açıqlamasında bildirilib.
 
Uyğunsuzluq aşkar edilən kolbaaslarda aşkar edilən nöqsanlar aşağıdakı kimi təsdiqlənib.
 
"Səhliyalı" müəssisəsinin yarım hisə verilmiş "Servelat" kolbasasının üzərində mal əti bəyan edilsə də, tərkibində toyuq DNT-si aşkarlanıb. "Kəndli"nin bişirilmiş hisə verilmiş kolbasasında üzərində donuz əti bəyan edilmədiyi halda, tərkibində donuz DNT-si müəyyən olunub. "Dilim-Dilim"in bişmiş "Lyubitelskaya" kolbasası, "Əsl Dad"ın bişmiş "Toyuq" kolbasası və bişmiş "Doktorskaya" kolbasasında təhlükəsizlik göstəricilərində uyğunsuzluq təsdiqlənib. "Köhnə Dad" yarım hisə verilmiş "Servelat" kolbasasının üzərində mal əti bəyan edilsə də, tərkibində mal DNT-si aşkarlanmayıb. "Sevimli Dad" əla növ südlü sosiskasında üzərində mal əti bəyan edilsə də, tərkibində mal DNT-si müəyyən edilməyib. "Halal 5+" "Sacüstü" halal sosiskasında üzərində mal əti bəyan edilsə də, tərkibində mal DNT-si aşkarlanmayıb. "Ovçular" "Külləmə" halal sosiskasında Təhlükəsizlik göstəricilərində uyğunsuzluq qeyd olunub. 
 
Belə ki, laborotoriya yoxlanmasında ümümumilikdə 89 adda məhsuldan nümunə götürülüb. Onlardan 80 məhsul normativ tələblərə cavab verib.
 
Cari dövr ərzində yoxlamaya 52 adda kolbasa,32 adda isə sosiska cəlb olunub. 
 
AQTA istehlakçılara müraciət edərək bildirib ki, hər hansı məhsulda şübhəli və neqativ hal aşkar edərlərsə 1003 Çağrı Mərkəzinə müraciət etsinlər. 
 
Gülnar 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol