• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Azərbaycanda daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
07.04.2023 17:41
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) şəhərlərarası sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Xudat-Bakı, Bakı-Xaçmaz-Bakı, Bakı-Nabran-Bakı, Bakı-Quba-Bakı, Bakı-Şabran-Bakı şəhərlərarası, eləcə də Mingəçevir 5 və 12 nömrəli şəhərdaxili müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır.
 
Nazirliyin Məlumatına görə, müsabiqə "Avtomobil nəqliyyatı haqqında” qanuna, Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Müsabiqədə iştirak etmək üçün iddiaçılar tələb olunan sənədləri aprelin 27-si saat 17:00-a qədər, ixtisas məlumatlarını isə mayın 18-i saat 17:00-a qədər AYNA-ya (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi, 5, əlaqələndirici şəxs: Ramil Musayev – tel.: 012-567-99-76, 055-512-34-97, e-poçt: [email protected]) təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaq.

İddiaçıların təklifləri komissiya tərəfindən Bakı-Xudat-Bakı istiqamətində 5 Lot üzrə mayın 19-u, Bakı-Xudat-Bakı və Bakı-Xaçmaz-Bakı istiqamətlərində 5 Lot üzrə mayın 23-də, Bakı-Xaçmaz-Bakı və Bakı-Nabran-Bakı istiqamətlərində 5 Lot üzrə mayın 26-da, Bakı-Nabran-Bakı, Bakı-Quba-Bakı istiqamətlərində, eləcə də Mingəçevir 5 və 12 nömrəli avtobus marşrutları 5 Lot üzrə mayın 30-da, Bakı-Quba-Bakı və Bakı-Şabran-Bakı istiqamətlərində 5 Lot üzrə iyunun 2-də müsabiqə keçirilən zaman açıqlanacaq. İddiaçılar və onların müvafiq qaydada rəsmiləşdirilmiş sənədlə müvəkkil etdikləri səlahiyyətli nümayəndələri komissiyanın iclasında iştirak edə bilərlər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol