• $
  • €
  • ₽
  • ₺
  • £

İcra başçısı və millət vəkili ərazidə Yasamal sakinləri ilə görüşdülər

İcra başçısı və millət vəkili ərazidə Yasamal sakinləri ilə görüşdülər
13.04.2023 12:06
Prezident İlham Əliyevin dövlət qurumları rəhbərlərinin əhali ilə görüşlərinin keçirilməsi barədə tapşırığına uyğun olaraq Yasamal rayonunda növbəti birgə səyyar görüş keçirilib.
 
Sakinlərin problemlərinin həlli məqsədilə təşkil olunan görüşdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və Milli Məclisin deputatı Ülvi Quliyev vətəndaşlarla görüşüblər. Səyyar qəbul rayondakı 167 saylı tam orta məktəbin akt zalında baş tutub. Görüşdə Yasamal rayonunun sakinləri, habelə rayon icra hakimiyyətinin məsul şəxsləri, Yasamal bələdiyyəsinin, Mənzil Kommunal Təsərrüfatı Birliyinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.Öncə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Ulu Öndərin 100 illiyi ilə baglı rayonda həyata keçirilən tədbirlər və planlar barədə ətraflı məlumat verdi.
 
Daha sonra Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinləri qarşılaşdıqları problemlər barədə ətraflı danışmağa çağırdı.

Söz alan vətəndaşlar qəyyumluq, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, dərman məhsullarının keyfiyyəti, tikinti şirkətləri ilə vətəndaşların kompensasiya ilə baglı mübahisələri, sosial yardım, agacların budanması, parkinq problemi, qəzalı evlərin təmiri, narkomaniya ilə mübarizə, pensiya yaşı və digər məsələlərlə  bağlı öz təklif, şikayət və fikirlərini bildirdilər. İki saata yaxın davam etmiş qəbulda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinlərin suallarına ətraflı cavablar verdi.Bir sıra problemlərin həllinə dair göstərişlər verildi.Öz növbəsində Milli Məclisin deputatı Ülvi Quliyev dərman məhsullarının keyfiyyəti və mövcud qiymətləri ilə baglı qanunvericilik səviyyəsində görülən işlər barədə məlumat verdi. Səyyar qəbulda sakinlərin arzu və təklifləri dinlənilib, səsləndirdikləri məsələlərin həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol