Cari ildə Qarabağda aşkarlanan minaların sayı açıqlandı

2023-cü ilin dörd ayında işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) tərəfindən 3 878 ədəd mina və partlamamış hərbi sursat aşkarlanıb. Bu barədə agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov cari ilin birinci rübunə aid həsr olunan iclasda deyib.
O bildirib ki, hazırda 7 944 ha sahə təmizlənib.
Azərbaycanda İkinci Qarabağ Müharibəsindən sonra ümumilikdə 288 nəfər minaya düşüb, onlardan 50-si həyatını itirib.
Martın 17-də baş nazir Əli Əsədov Milli Məclisdə hökumətin hesabatında çıxışında bildirilib ki, hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.
Gülnar Nazimqızı
www.anews.az
























