Aprelin 21 və 22-si bayram namazı qılınacaq

Ramazan bayramı namazı aprelin 21 və 22-də Təzə Pir Məscidində qılınacaq. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin bayram təbrikində qeyd olunub.
Bayram təbrikində Qazılar Şurasının Fətvasına görə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunub. Bildirilib ki, fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir.
www.anews.az
























