• $
  • €
  • ₽
  • ₺
  • £

Lənkəranda qanunsuz tikintiyə görə cinayət işi başlandı

Lənkəranda qanunsuz tikintiyə görə cinayət işi başlandı
20.04.2023 18:30
Qanunsuz olaraq tikinti işlərinin aparılması faktı ilə bağlı cinayət işi başlanıb.

Lənkəran rayon prokurorluğundan  verilən məlumata görə, Lənkəran şəhəri ərazisində qanunsuz olaraq çoxmənzilli yaşayış binasının inşa edilməsi barədə məlumat əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

İlkin araşdırma zamanı fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Hünər Hadızadənin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Lənkəran şəhəri ərazisində layihədən kənar aparılan tikinti-quraşdırma işlərinin dayandırılması barədə qərarı qərəzli olaraq icra etməməsi, həmçinin tikintiyə dair normaları pozaraq aidiyyəti dövlət qurumlarının rəyi olmadan qanunsuz olaraq çoxmənzilli yaşayış binası inşa etdirilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 222-3 (qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla aparılan tikinti işlərinin dayandırılması barədə dövlət orqanlarının qərarlarını qərəzli olaraq icra etməmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb

İbtidai istintaq davam etdirilir.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol