• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda boşanma halları artıb

Azərbaycanda boşanma halları artıb
01.05.2023 22:44
Azərbaycanda hər 1 saatda 2 boşanma olur. Yanvar-fevral üzrə boşanma halları 2505 -dən 3014-ə kimi artıb.
Statistika Komitəsinin verdiyi məlumata görə, ötən ilin yanvar-noyabr aylarında qeydiyyat şöbələri tərəfindən 57033 nikaha daxilolma və 14525 boşanma halları qeydə alınıb. 
 
Sosioloq Elçin Bayramlının sözlərinə görə ölkə də ailə institutları məqsədli şəkildə məhv edilir.
 
"Boşanmalarla bağlı problem Azərbaycan da faciəvi vəziyyətə gedib çıxır və hətta boşanma sayları 50 faizə gəlib çatır. Artıq ölkə də ailə institutları tamamilə dağılmaq üzrədir. Bu, son dövrlərda aparılan təbliğatın, görülən hüquqi işlərin məntiqi nəticəsidir. Boşanmaları asanlaşdırmaq üçün bizim qanunvericiliyimizdə mümkün olan hər şey olunubdur. Təbii ki, burda avropanın da təsiri var. Hakimlər cidd-cəhdlə calışır ki, boşanma prosesini mümkün qədər tez reallaşdırsınlar. Vəkillər var gücü ilə çalışırlar ki, boşanmalar sürətlənsin. Hətta bunun üçün elan da verirlər. Bu məsələnin hüquqi tərəfidir. Məsələnin sosial tərəfi də var-işsizlik, yoxsulluq, evsizlik kimi problemlər boşanmaya gətirib çıxarır. Xüsusilə də insanların indi maddi dəyərlərə üstünlük verildiyi dövrdə bu mühüm amildir.
 
O, bildirib ki, məsələnin digər tərəfi mənəvi deqradasiyadır. 
 
 "Son 30 ildə cəmiyyətimiz də televiziyanın, medianın, tanınmışların  apardığı təbliğatlar öz nəticəsini verir. Düzdür burda xarici dairələrin də böyük rolu var. Azərbaycanda gender, feminizim adı altında milyonlarla qrant layihələr həyata keçirilir. Nəticə də elə vəziyyət yaranır ki, insanlar ailə dəyərlərinə boş bir şey kimi baxırlar. Tez-tez evlənmək-boşanmaq adiləşib. Nəticə də ortalıq yetim uşaqlarla dolur və ailə institumuz dağılır. Bununla da mənəvi dəyərlərimiz məhv olur. Bunun qarşısının alınması üçün hökumət orqanları və media heç bir addım atmır. Əksinə olaraq bu məsələnin daha da dərinləşməsinə çalışır. Burada özəl televiziyaları xüsusilə qeyd etmək lazımdır.  Biz artıq mənəvi cəhətdən tamamilə deqradasiyaya uğramış cəmiyyətə çevrilmişik. Mənəvi dəyərlər olmayan bir yerdə heç bir ailədən söhbət gedə bilməz. Düşünürəm ki yaranmış bu vəziyyətdən heç bir çıxış yolu yoxdur. Artıq çox gecdir. Sadəcə olaraq gözləməliyik ki, nə vaxt bizim ailə institutumuz nə vaxt dağılacaq. Düşünürəm ki yaxın illərdə bu baş verəcək”, - deyə Bayramlı bildirib.
 
Psixoloq Gülər Məmmədovanın sözlərinə görə boşanmaların əsas səbəblərindən biri valideynlərdir.
 
"Boşanmaların bir çox səbəbləri var. Gənclər ailə həyatı qurmazdan əvvəl ilk növbədə bu prosesə hazır olmalıdırlar. Bəzən gənclər valideynlərin təkidi ilə ailə həyatı qururlar. Digər tərəfdən ailə quran gənclər əvvəlcədən tibbi müayinədən keçmirlər. Kimin nə psixoloji problemi var bəlli olmur və biri-birilərinin xarakterlərini bilmədən ailə həyatı qururlar. Sonda isə bu cür problem üzə çıxır. Ona görə də valideynlər mühafizəkar olmamalı və cütlüklərin biri-birilərini sağlam, azad şəkildə tanımasına mane olmamalıdırlar. Müasir dövrün gəncləri daha azad olmaq istəyirlər. Onlar sərbəst, müstəqil olmağa çalışırlar. Düşünürlər ki, kimdənsə aslı olmaqdansa, yerindəcə münasibətləri kəsmək və boşanmaq daha üstündür. Ailə dönəmində iki şəxs arasında qarşılıqlı konfilikt, anlaşılmazlıq ola bilər. Sadəcə bu məqamlarda səbrli davranıb münasibətləri qorumaq lazımdır. Əgər həqiqətən də ciddi bir problem varsa, hər hansı bir nevrotik və yaxud genetik amillərdən qaynaqlanan psixi pozuntu varsa, təbii ki, belə halda boşanmaq birmənalıdır. Çünki həmin ailə də böyüyən uşagların da psixolojisi pozulur”, - deyə Məmmədova bildirib.
 
 Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,9-dan 4,6-ya düşüb, boşanmaların sayı isə 1,5-dən 1,8-ə qədər artıb.

 Eltac Nurullazadə

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol