• $
  • €
  • ₽
  • ₺
  • £

DİM-in informatika fənni üzrə işçi qrupunun üzvləri ilə Nazirlik nümayəndələri arasında görüş olub

DİM-in informatika fənni üzrə işçi qrupunun üzvləri ilə Nazirlik nümayəndələri arasında görüş olub
01.05.2023 18:16

Dövlət İmtahan Mərkəzinin informatika fənni üzrə işçi qrupunun üzvləri ilə Elm və Təhsil Nazirliyinin nümayəndələri arasında görüş keçirilib.

DİM-dən bildirilib ki, görüşün məqsədi imtahanın məzmunu ilə bağlı materialların birgə müzakirəsi olub.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edilməsi haqqında qərarına əsasən 2023-cü ildə I ixtisas qrupu üzrə riyaziyyat-kimya (RK) altqrupuna daxil olan ixtisasların müsabiqəsi ilə yanaşı, riyaziyyat-informatika (Rİ) altqrupuna daxil olan ixtisasların müsabiqəsində də iştirak etmək istəyən abituriyentlər əlavə olaraq informatika fənnindən imtahan verməlidirlər. Bu məqsədlə Dövlət İmtahan Mərkəzində müəyyən hazırlıq işləri görülüb.

İclasda DİM-in Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva qəbul proqramı və imtahan modelinin 2021-ci ildən hazırlanaraq DİM-in rəsmi saytında yerləşdirildiyi haqqında məlumat verib. O, qeyd edib ki, qəbul proqramına respublikanın ümumtəhsil müəssisələrinin V-XI sinif dərsliklərində məzmun standartlarının tələblərinin reallaşdırılması üçün verilmiş mövzular daxil olunub və proqrama əsasən imtahan modeli formalaşdırılıb. Həmçinin o, imtahana hazırlaşanlara metodik köməklik baxımından 2022-ci ilin iyun ayında çapdan çıxmış "İnformatika” vəsaiti (Azərbaycan və rus dillərində), 2022-2023-cü illərdə otk.az portalında onlayın və 12, 19 fevral 2023-cü il tarixlərində kağız daşıyıcısı üzərində keçirilmiş sınaq imtahanları haqqında məlumat verib.

Görüşdə DİM-in Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin müdiri Natiq Əliyev test bankının formalaşması haqqında çıxış edib. O, qeyd edib ki, fənn üzrə "Test toplusu” üzərində də iş gedir.

İclasda həmçinin DİM-in informatika fənni üzrə işçi qrupunun rəhbəri, Azərbaycan Tibb Universitetinin dosenti, f-r.e.n. İsmayıl Qafarov, dərslik müəllifi Naidə İsayeva, Azərbaycan Dillər Universitetinin İnformasiya texnologiyaları kafedrasının müdiri f-r.e.n. Fikrət İbiyev, AMEA-nın aparıcı elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Rəhimov, Bakı Dövlət Universitetinin müəllimləri Anar Rəşidov və Yadigar Əliyev çıxış edərək imtahanın məzmunu ilə bağlı fikirlərini bildiriblər.

Görüşdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Ümumi təhsilin təşkili və idarə olunması sektorunun müdiri Fuad Qarayev, "Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri Nilüfər Rəhimova, "Alqoritmika Azərbaycan” MMC şirkətində dövlət yönümlü layihələrin rəhbəri Qəmər Məmmədova, "Rəqəmsal bacarıqlar” layihəsinin metodisti, təlimçi Nübar Əsədova, Bakı şəhəri Nəsimi rayonu 240 saylı tam orta məktəbin müəllimi, "Rəqəmsal bacarıqlar” layihəsinin metodisti Nərminə Musayeva iştirak ediblər. Onlar DİM tərəfindən imtahanın məzmunu ilə bağlı hazırlanmış materiallar haqqında fikirlərini bildirib, təkliflərini veriblər.

Görüşdə gələcəkdə bu sahədə birgə əməkdaşlığın davam etdirilməsi qərara alınıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol