• $
  • €
  • ₽
  • ₺
  • £

18 məsciddə iş yerləri açıldı - Siyahı

18 məsciddə iş yerləri açıldı - Siyahı
02.05.2023 15:27
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün müsahibə elan edib.

Həmin ibadət yerləri aşağıdakılardır:

1. Səbail rayonu İçərişəhər "Cümə" məscidi - imam müavini

2. Binəqədi rayonu "Heydər" məscidi - qadın dini ayinlərin icraçısı

3. Nərimanov rayonu "Cümə" məscidi - imam müavini

4. Nəsimi rayonu "Hacı Əjdərbəy" məscidi - qadın dini ayinlərin icraçısı

5. Nəsimi rayonu "Məşədi Dadaş" məscidi - imam müavini

6. Yasamal rayonu "Təzəpir" məscidi - qadın dini ayinlərin icraçısı

7. Qaradağ rayonu Lökbatan qəsəbəsi "Rəsulullah" məscidi - imam müavini

8. Qaradağ rayonu Qobustan qəsəbəsi "Şamlı" məscidi - imam müavini

9. Şəmkir şəhəri "Cümə" məscidi - imam

10. Şəmkir şəhəri Çinarlı qəsəbəsi "Hacı Xədicə" məscidi - imam müavini

11. Şirvan şəhəri "Zeynalabidin" məscidi - imam

12. Bərdə şəhəri "Cümə" məscidi - qadın dini ayinlərin icraçısı

13. Lənkəran şəhəri Böyük Bazar "Cümə" məscidi - qadın dini ayinlərin icraçısı

14. Astara rayonu Kijəbə qəsəbəsi "Lovayın" məscidi - imam müavini

15. Quba rayonu Zərdabi qəsəbə məscidi - imam müavini

16. Xaçmaz şəhəri "Təzə şəhər" məscidi - imam müavini

17. İmişli şəhəri "Cümə" məscidi - imam

18. Gəncə şəhəri "Şah Abbas" məscidi - qadın dini ayinlərin icraçısı

19. Gədəbəy rayonu Yeni yaşayış massivi "İlyas Həsənoğlu" məscidi - imam müavini

Qeyd olunub ki, müsahibədə iştirak etmək istəyən namizədlər 03 may 2023-cü il tarixindən 03 iyun 2023-cü il saat 18:00-dək aşağıdakı sənədləri elektron qaydada [email protected] adresinə və ya kağız daşıyıcıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi 16, AZ 1001) təqdim etməlidirlər:

- Şəxsiyyət vəsiqəsinin surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;

- Tərcümeyi-hal;

- Dini ali və orta ixtisas təhsil haqqında sənədin notarial qaydada təsdiqlənmiş surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;
- Sağlamlıq haqqında arayış;

- Narkoloji dispanserdən arayış;

- Ruhi-əsəb dispanserindən arayış;

- Məhkumluq barədə arayış;

- Foto (3x4) (4 ədəd);

- Ərizə.

Tələb olunan sənədlərdən əlavə namizəd özünün elmi-pedaqoji və yaradıcılıq fəaliyyəti barədə sənədləri də təqdim edə bilər.
Müsahibədə iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət bitdikdən sonra müsahibənin keçirilməsi vaxtı və yeri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin internet saytında yerləşdiriləcəkdir.

Əlaqə nömrələri:
(012) 497 02 53
(012) 492 62 29
(012) 437 31 15
(077) 209 60 70
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol