• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın 26 vətəndaşı Sudandan təxliyə olunub

Azərbaycanın 26 vətəndaşı Sudandan təxliyə olunub
04.05.2023 13:27
Sudandakı 26 Azərbaycan vətəndaşı Türkiyənin dəstəyi ilə təxliyə olunub. Bu barədə "Anadolu” məlumat yayıb.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, bu günə kimi Türkiyə Sudandan 2061 nəfəri təxliyə edib. Onlardan 1763-ü Türkiyə, 298-i 22 fərqli ölkənin vətəndaşıdırlar. Onlardan 26-sı isə Azərbaycan vətəndaşlarıdır.
 
Aprelin 15-i şənbə günü səhər saatlarında Xartum və Sudanın bir sıra digər şəhərlərində ordu ilə RRF arasında silahlı toqquşmalar baş verib. Hadisə nəticəsində 500-ə yaxın adam ölüb.

RRF-nin silahlı qüvvələrə tam inteqrasiyasını nəzərdə tutan hərbi təhlükəsizlik islahatları ilə bağlı fikir ayrılıqları iki güc strukturu arasında silahlı münaqişə ilə nəticələnib.

Sudan Xarici İşlər Nazirliyi məlumat verib ki, Sudan Respublika Ordusunun komandanı Əbdülfəttah əl-Burhan RRF-ni ləğv etmək qərarına gəlib və bu strukturu "üsyankar” elan edib.

ABŞ dövlət katibi Entoni Blinken daha əvvəl Sudanda silahlı münaqişə tərəflərinin atəşkəs elan etmək barədə razılığa gəldiyini bildirib.

 Sudan Həkimlər Assosiasiyası ölkənin qərbində yerləşən Qərbi Darfur əyalətində çoxlu sayda insanın ölümü ilə nəticələnən zorakılıqların artdığını bildirib.

Sudan Silahlı Qüvvələrinin Baş Qərargahı Qərbi Darfur istisna olmaqla, ölkədə vəziyyətin hərbçilərin nəzarətində olduğunu bildirib.
 
Aytac


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol