• $
  • €
  • ₽
  • ₺
  • £

ÜST: Ölkələr xüsusi karantin rejimindən COVID-19-un stabil mərhələsinə keçə bilərlər

ÜST: Ölkələr xüsusi karantin rejimindən COVID-19-un stabil mərhələsinə keçə bilərlər
05.05.2023 21:44
Bu gün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Beynəlxalq Səhiyyə Qaydaları üzrə Fövqəladə Hallar Komitəsinin koronavirusla (COVID-19) bağlı 15-ci iclasında pandemiya ilə əlaqədar cari vəziyyət müzakirə edilib.

Bu barədə ÜST-nin Azərbaycan Ofisi məlumatı yayıb.

İclasda Komitə tərəfindən qeyd olunan tövsiyələrə əsasən, ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus COVID-19 pandemiyasının artıq ictimai səhiyyədə beynəlxalq fövqəladə hal olmadığını təsdiq edib.

Bu, o deməkdir ki, ölkələr xüsusi karantin rejimindən COVID-19-un digər yoluxucu xəstəliklərlə birlikdə idarə olunduğu stabil mərhələyə keçə bilərlər.

Dr. Qebreyesus eyni zamanda bildirib ki, bu qərar COVID-19-un qlobal sağlamlıq təhlükəsi olaraq sona çatması demək deyil: "Keçən həftə dünyada COVID-19 hər 3 dəqiqədə 1 nəfərin ölümünə səbəb olub.
 
Virus hələ də bizimlədir, yoluxma hallarının və ölümlərin artmasına səbəb ola biləcək yeni ştamların yaranma riski qalmağa davam edir”.
 
Qeyd edək ki, Beynəlxalq Tibbi-Sanitariya Qaydalarında (2005) ictimai səhiyyədə beynəlxalq fövqəladə hal "xəstəliyi digər ölkələrə yayma riski daşıyan və potensial olaraq əlaqələndirilmiş beynəlxalq cavab tədbirləri tələb edən fövqəladə hadisə” kimi müəyyən edilmişdir.
 
Bu, hadisənin ciddi, qəfil, qeyri-adi və ya gözlənilməz hal kimi səciyyələndirilməsi deməkdir və bu təqdirdə xəstəlik təsirə məruz qalan dövlətin sərhədindən kənarda ictimai sağlamlıq üçün təhlükə doğurduğuna görə təcili beynəlxalq tədbirlər görülməsi tələb olunur.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol