• $
  • €
  • ₽
  • ₺
  • £

Gəncə Dövlət Flarmoniyasını musiqi təhsili olmayan şəxs idarə edir- İDDİA

Gəncə Dövlət Flarmoniyasını musiqi təhsili olmayan şəxs idarə edir- İDDİA
10.05.2023 17:29
Azərbaycan Aşıqlar birliyinin Gəncə üzrə sədr müavini, bəstəkar, folklorşünas Elnur Baxış Gəncə Dövlət Filarmoniyasının  direktor müavini vəzifəsinə təyin edilməməsindən şikayətçidir. Bu barədə o, anews.az-a bildirib.
 
Onun sözlərinə görə,  buna səbəb Elnur Baxışın ali musiqi təhsili olmaması olub.
 
"Gəncə Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi  vəzifəsini icra edən Süleyman Əliyev mənə ünvanladığı məktubda Gəncə Dövlət Filarmoniyasında vakant  olan direktor müavini vəzifəsinə işə qəbul edilməyimin məqsədəuyğun olmadığını bildirib. Ali musiqi təhsilimin olmamasını  buna səbəb kimi göstəriblər.  Mən bu deyilənlərlə razılaşdım. Ancaq Filarmoniyanın hazırki direktoru Rəşad Yusifov Aqrar Universitetinin İqsadiyyat fakültəsini bitirib. Onun heç musiqi təhsili və istedadı yoxdur. Bu adam bu günə qədər heç bir dövlət strukturunda işləməyib. Konkret olaraq alverlə məşğul olub. Kafe və lombard işlədib.  Sabiq nazirin vaxtında filarmoniyaya direktor təyin olunub. Mən isə sırf musiqiçiyəm. Uşaq musiqi məktəbini  bitirmişəm. Qərb bölgəsində müstəqil bəstəkar, folklorşunas, aşıqşunas, publisist yazar və ictimai xadim kimi tanınmışam. Neçə-neçə bəstələdiyim mahnıları Azərbaycanın məşhur sənətçiləri və xalq artistləri ifa edib", - Elnur Baxış  bildirib.
 
Elnur baxış söyləyir ki, filarmoniyada foto çəkiliş etmək üçün bəy və gəlindən 50 manat tələb edirlər.
 
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən anews.az-a bildirilib ki, məsələ araşdırılacaq və  ictimaiyyətə məlumat veriləcək. 
 
Aytac Zeynalova


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol