• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyanın aparıcı su mühəndisləri və mütəxəssisləri bu ay Bakıda toplaşacaq!

Dünyanın aparıcı su mühəndisləri və mütəxəssisləri bu ay Bakıda toplaşacaq!
12.05.2023 18:10

"Aqualink” şirkətinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilati dəstəyi ilə mayın 30-da Bakıda II dəfə təşkil ediləcək Xəzər Su İnnovasiya Forumu bu dəfə də öz zəngin mövzu və qonaqları ilə fərqlənəcək.

Builki foruma 15 ölkədən 26 aparıcı şirkət, o cümlədən 60 dan çox peşəkar mütəxəssislər qatılacaq.

Tükənən şirin su ehtiyyatları, dəyişən iqlim şəraiti və qlobal istiləşmə dünyada hər kəsin diqqətini içməli su və onun səmərəli idarəedilməsinə yönəltdiyi bir dönəmdə Xəzər Su İnnovasiya Forumu dünyanın su sənayesinin aparıcı iştirakçılarını ölkəmizdə cəmləşdirəcək.

Əsas mövzusu "Su ehtiyyatlarının idarə edilməsi", "Tullantı su sistemləri və ətraf mühitə təsirləri", "Su sənayesində innovasiya və səmərəli həllər" olan Forum xarici və yerli mütəxəssislərin, dövlət nümayəndələrinin çıxışları ilə adıçəkilən mövzuları əhatə edəcək.
 
Forumda ölkəmiz və regionumuz üçün əhəmiyyətli olan bu mövzular üzrə peşəkar rəylər, çıxış və təqdimatlar, yeni texnologiyaların nümayişi, gələcək çağırışlar və onlara qarşı hazırolma üsulları, iştirakçılar və izləyicilər üçün əlverişli bilik və bacarıqlar, əməkdaşlıq imkanları olacaq.

Su texnologiyaları və kimya həlləri sahəsində dünyanın aparıcı şirkətlərindən olan "AO Smith”, "Nijhuis Saur İndustries”, "Unidro”, "PWNT”, "ARC Water Technologies", "Jumo” şirkətlərinin baş sponsorluğu "Ultraaqua”, "Sirab” və "Azərsu” ASC-nin sponsorluğu ilə təşkil ediləcək Forumda Amerika Birləşmiş Ştatları, Almaniya, İtaliya, Fransa, Niderland, Danimarka, Belçika krallıqlarınin, Türkiyə, Ukraina, İzrail, Yaponiya və s. ölkələrinin aparıcı və tanınmış şirkətləri öz təcrübələrini yerli sahibkarlarımızla paylaşacaqlar.

Ölkəmizdə gedən iqtisadi inkişaf, quruculuq işləri və dövlətimizin su ehtiyyatlarına qorunması, səmərəli idarə edilməsinə diqqəti dünyanın bir çox şirkətlərinin marağına səbəb olub ki, Forumda aşağıda adları çəkilən aparıcı şirkətlər rəhbərlik səviyyəsində iştirak edərək, öz təcrübələrini paylaşacaq, yeni texnologiya və çözümlərini təqdim edəcək, eyni zamanda yerli sahibkarlarımızla əməkdaşlıq imkanlarını dəyərləndirəcəklər.

1.AO Smith (ABŞ)
2.Aqua-chem (ABŞ)
3.Evoqua (ABŞ)
4.Hach (ABŞ)
5.Nitto Hydranautics (ABŞ)
6.İDE Technologies (İzrail)
7.Palgey maim (Agrigo) (İzrail)
8.Atlantium Technologies (İzrail)
9.Amiad (İzrail)
10.Nijhuis (Avropa)
11.Unidro (Avropa)
12.PWNT (Avropa)
13.Stereau (Avropa)
14.Byosis (Avropa)
15.Jumo (Avropa)
16.Ecosoft (Avropa)
17.Wilo pumps (Avropa)
18.Waterlogic by Culligan (Avropa)
19.Ultraaqua(Avropa)
20.ARC Water Technologies (Türkiyə)
21.Chemya A.S. (Türkiyə)
22.Bimaks Kimya (Türkiyə)
23.Akkim (Türkiyə)
24.Filternox (Türkiyə)
25.Kurita (Yaponiya)
26.LG Chem (Koreya)

Xəzər Su İnnovasiya Forumu "Caspian Energy Club"un netvörkinq tərəfdaşlığı, Azərbaycan Sahibkarlar Konfederasiyasının tərəfdaşlıq dəstəyi ilə ölkədə sudan səmərəli istifadəni təşviq edəcək, su ehtiyyatlarının və sənayedə suyun idarə edilməsində ən qabaqcıl yeniliklərlə ölkə sənayesinə töhfə verəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilati dəstəyi, "Azərsu” ASC-nin sponosrluğu, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin, Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə və "Gələcək üçün su” şüarı ilə təşkil ediləcək Xəzər Su İnnovasiya Forumuna siz də dəstək olun. Bu fürsəti əldən qaçırmayın! İştirak etmək üçün internet səhifəmizdən və sosial şəbəkə ünvanlarımızdan bizə yazın. Gəlin, gələcəyimiz üçün suyumuzu birlikdə qoruyaq!
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol