• $
  • €
  • ₽
  • ₺
  • £

23 rayon üzrə daha 4 yeni regional vahid əlaqələndirmə mərkəzi açıldı

23 rayon üzrə daha 4 yeni regional vahid əlaqələndirmə mərkəzi açıldı
12.05.2023 18:38

Son iki ilə yaxın dövrdə artıq 71 rayon və şəhəri əhatə edən 16 regional vahid əlaqələndirmə mərkəzi yaradılıb.

Prezident İlham Əliyevin 2021-ci il 25 iyun tarixli Fərmanının icrası işlərinin davamı olaraq, şəhid ailələri və müharibə iştirakçılarının müraciətlərinin qəbulu məqsədilə daha 4 rayonda (Ağsu, Bərdə, İmişli, Şəki) regional vahid əlaqələndirmə mərkəzləri fəaliyyətə başlayıb.

ƏƏSMN-dən  verilən məlumata görə, həmin mərkəzlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) həmin rayonlardakı ərazi filiallarının binasında fəaliyyət göstərir və ətraf bölgələr də daxil olmaqla ümumilikdə 23 rayon və şəhər üzrə şəhid ailələri və müharibə iştirakçılarına xidmət edir.

Belə ki:
Ağsu rayonundakı vahid əlaqələndirmə mərkəzində (Ağsu şəhəri, Niyazi Tağızadə küçəsi, 5) - İsmayıllı, Qobustan, Şamaxı, Ağsu rayonları üzrə,
Bərdə rayonundakı vahid əlaqələndirmə mərkəzində (Bərdə şəhəri, İsmət Qayıbov küçəsi, 15) – Şuşa, Xankəndi, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Tərtər şəhər və rayonları üzrə,
İmişli rayonundakı vahid əlaqələndirmə mərkəzində (İmişli şəhəri, Abbasqulu bəy Şadlinski küçəsi, 8A) - Beyləqan, İmişli, Saatlı, Sabirabad rayonları üzrə,

Şəki rayonundakı vahid əlaqələndirmə mərkəzində (Şəki şəhəri, Aydın Məmmədov küçəsi, 33A) -Balakən, Qax, Qəbələ, Oğuz, Şəki, Zaqatala rayonları üzrə xidmətlər göstərilir.

Beləliklə, ötən dövrdə DOST mərkəzlərində və DSMF-nin yerli bölmələrində olmaqla artıq 71 rayon və şəhəri əhatə edən 16 regional vahid əlaqələndirmə mərkəzi yaradılıb.

Bu mərkəzlərdə 5 mərkəzi icra hakimiyyəti (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi) və 71 yerli icra hakimiyyəti üzrə 26 xidmət "bir pəncərə”dən, operativ və şəffaf, vətəndaş məmnunluğu prinsipi əsasında təqdim edilir.

Ötən dövrdə bu mərkəzlərdə 83,7 min şəxsə xidmət göstərilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol