• $
  • €
  • ₽
  • ₺
  • £

Ölkə ərazisində qeyri-sabit hava davam edir, Qubanın dağlıq ərazilərinə qar yağıb

Ölkə ərazisində qeyri-sabit hava davam edir, Qubanın dağlıq ərazilərinə qar yağıb
14.05.2023 15:10

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin mayın 14-nə olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, dolu düşüb, səhər saatlarından başlayaraq Qubanın dağlıq ərazilərinə qar yağıb.

Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Düşən yağıntının miqdarı: Qaxda 47.0 mm (aylıq normanın 37 %-i), Zaqatalada 21.0 mm, Oğuzda 20.0 mm, Şəmkirdə 19.0 mm (aylıq normanın 39 %-i), Gədəbəydə 19.0 mm, Göygöldə 18.0 mm, Mingəçevirdə 15.0 mm (aylıq normanın 33 %-i), Sədərəkdə 15.0 mm, Gəncədə 14.0 mm (aylıq normanın 32 %-i), Yevlaxda 13.0 mm (aylıq normanın 26 %-i), Lənkəran, Şəki, Qəbələdə 12.0 mm, Qusarda 11.0 mm, Naftalan, Astara, Daşkəsəndə 10.0 mm, Tovuz, Ağdam, Tərtər, Ordubadda 9.0 mm, Balakəndə 8.0 mm, Qrız, İsmayıllı, Xaltan, Yardımlı, Göyçay, Quba, Ağstafa, Şərur, Şahbuz, Xaçmaz, Kürdəmir, Naxçıvan, Şamaxı, Zərdab, Beyləqan, Cəfərxan, Şabran, Ceyrançöl, Altıağac, Sabirabad, Neftçala, Biləsuvar, İmişli, Lerik, Qobustanda 1.0-6.0 mm, Bakıda və Abşeron yarımadasında isə 1.0 mm-dək olub.

Külək: Şimal-qərb küləyi arabir Neftçalada 20 m/s, Salyanda 18 m/s, Şəmkir, Şəkidə 16 m/s, Bakıda və Abşeron yarımadasında arabir 23 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.7 metrə çatıb.

Duman: Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Qax, Şamaxı, Naftalan, Şamaxı, Qrız, Göyçay, Lerikdə müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Havanın temperaturu: Mayın 13-də iqlim normasından 1.4° aşağı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 17-21° isti, Naxçıvanda 22-25° isti, dağlıq rayonlarda 10°-dək isti, aran rayonlarında 17-21° isti olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti mayın 16-sı gündüzədək davam edəcək.

Yağıntıların bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxaçağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol