• $
  • €
  • ₽
  • ₺
  • £

Növbəti 4 ildə Şuşaya köçürüləcək əhalinin sayı açıqlanıb

Növbəti 4 ildə Şuşaya köçürüləcək əhalinin sayı açıqlanıb
07.06.2023 13:55
Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən növbəti 4 il ərzində Şuşaya 2000 nəfərin köçürülməsi nəzərdə tutulub. Bunu Şuşada keçirilən tədbirdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

Onun sözlərinə görə, Şuşan ümumilikdə 20 min nəfərin yaşadığı şəhər olacaq.
 
Cari ilin sonunda Şuşaya ilkin olaraq 1500 sakinin köçürülməsi planlaşdırılır.
 
Şuşa 2020-ci il noyabrın 8-də işğaldan azad olunub.
 
Şuşa 1930-cu ildə inzibati rayon statusu alıb. Mərkəzi Şuşa şəhəridir. Dəniz səviyyəsindən 1300-1600 metr yüksəklikdə yerləşən Şuşa və ətrafındakı dağlıq ərazi Qarabağ bölgəsindəki ən strateji əhəmiyyətli yerlərdən biridir. Şəhər Cənubi Qafqazda yerləşən Qarabağ regionunun ikinci ən böyük şəhəridir. Xankəndi şəhərinə gedən Laçın dəhlizi də buradan keçir.

289 kvadratkilometr ərazisi, 1 şəhər və 30 kənddən ibarət olan Şuşa şəhəri 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Həmin dövrdə Şuşanın 24 min nəfər əhalisi olub.
 
Şuşanın müdafiəsi uğrunda aparılan döyüşlərdə 195 nəfər şəhid olub, 165 nəfər yaralanıb, 58 nəfər əsir düşüb və girov götürülüb.

Aytac Zeynalova


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol