• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı bulvarında kaktusların kəsilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub

Bakı bulvarında kaktusların kəsilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub
12.06.2023 19:10
Bakı bulvarında kaktusların kəsilməsi və yandırılması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.

Bu barədə Dənizkənarı Bulvar İdarəsindən məlumat verilib.

İdarə Milli Parkda kaktusların kəsilməsi, yandırılması ilə bağlı yayılan görüntülər barədə məlumatlıdır: "Olay barədə məlumat daxil olandan dərhal sonra hüquq-mühafizə orqanlarına müraciət olunub. Aparılan araşdırmadan sonra qanuna uyğun tədbirlərin görülməsi üçün müvafiq addımlar atılacaq. Dənizkənarı Bulvar İdarəsi bildirir ki, bulvarın mühafizəsi üçün lazım olan bütün addımları atıb. Lakin Milli Parkın böyük ərazini əhatə etdiyini və insanların sıx ziyarət etdiyi yer olmasını nəzərə alsaq, o zaman bu məkanda nizam-intizama əməl olunması, səliqə-səhmanın qorunması üçün insanların da üzərinə böyük məsuliyyət düşür".

"Bəzi şəxslər vətəndaş məsuliyyətini dərk etmir. Milli Park hər kəsin, kaktuslara zərər verən şəxsin də milli dəyəri olmalıdır. Burada xoş istirahət keçirmək, gözəlliklərdən zövq almaq üçün yaradılan şəraiti hamı qorumalıdır. Amma təəssüf hisssi ilə qeyd edirik ki, bəzi insanlar yaradılan bu gözəlliklərə zərər vurur. Dənizkənarı Bulvar İdarəsi bir daha insanları paytaxtımızın gözəlliyində xüsusi yeri olan Milli Parkı qorumağa çağırır", - məlumatda vurğulanıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol