Kəlbəcərdə mühəndis işləri görən traktor Ermənistan tərəfindən atəşə tutulub

İyunun 13-ü saat 11:10-da Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində mühəndis işləri görən traktor Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Atəş nəticəsində xəsarət alan olmayıb.
www.anews.az
























