• $
  • €
  • ₽
  • ₺
  • £

Beş ayda narkotikə görə aşkarlanan cinayətlərin sayı açıqlanıb

Beş ayda narkotikə görə aşkarlanan cinayətlərin sayı açıqlanıb
16.06.2023 16:48
2023-cü ilin yanvar-mayında Azərbaycanda narkotikə görə 5016 cinayət faktı aşkarlanıb. Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2023-cü ilin yanvar-may aylarının yekununa dair məlumatda bildirilib.

Bu ilin yanvar-mayında 1707-si narkotik vasitələrin qanunsuz satışı, 3185-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 96-sı qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 28-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Ümumilikdə müsadirə olunmuş 3 ton 765 kq 317,349 qr narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 369 kq 279,554 qr-nı heroin, 1 ton 993 kq 649,769 qr-nı marixuana, 139 kq 597,411 qr-nı tiryək, 44 kq 235,402 qr-nı həşiş, 215 kq 818,084 qr-nı psixotrop maddələr, 2 kq 737,13 qr digər narkotik vasitələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 27028 ədəd həb metadon, 5269 ədəd çətənə bitkisi,eləcə də 1 kq 026,568 qr, 4421 ədəd kapsul və 953 ədəd həb güclü təsir edən maddə və 40,682 qr prekursor qanunsuz dövriyyədən götürülüb.
 
Cari ilin beş ayında Azərbaycanda 157 milyon 555 min manatlıq narkotik vasitələr dövriyyədən çıxarılıb.

Bildirilib ki, 2023-cü ilin yanvar-mayında qanunsuz dövriyyədən götürülmüş 3 ton 765 kq 317,349 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 157 milyon 555 min AZN kimi qiymətləndirilir.

Aytac Zeynalova
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol