Cəlilabadın 22 yaşayış massivində təbii qazın verilişində fasilə yaranacaq

Cəlilabad rayonunun 22 yaşayış massivində təbii qazın verilişində fasilə yaranacaq.
Bu barədə rayon icra hakimiyyətindən məlumat verilib.
Sabah saat 09:30 radələrindən görüləcək işlər başa çatanadək, "Günəşli” ölçü qovşağından qidalanan yeraltı orta təzyiqli kəmərlərinin kipliyə sınaq edilməsi ilə əlaqədar 22 yaşayış məntəqəsinin (10740 abonent) mavi yanacaqla təchizatında fasilə yaranacaq.
www.anews.az
























