• $
  • €
  • ₽
  • ₺
  • £

4 günlük iş rejimi məsələsi araşdırılmalıdır - Nazir müavini

4 günlük iş rejimi məsələsi araşdırılmalıdır - Nazir müavini
21.06.2023 12:49
Azərbaycanda 4 günlük iş rejimi məsələsi araşdırmalıdır. Bu barədə Report İqtisadiyyat nazirinin müavini Elnur Əliyevə istinadan yazıb. 
 
Nazir bildirib ki, bu ikitərəfli məsələdir.
 
"4 günlük iş rejiminin tətbiqi ilə bağlı səslənən və real niyyət fərqlidir. Səslənən niyyət insanların asudə vaxtının çox olmasıdırsa, real və alt niyyət sahibkarların maliyyə vəsaitlərinə qənaət etməsidir. Yəni, bu məsələ ikitərəflidir. Bəzi ölkələr bunu pilot layihə olaraq həyata keçirir. 4 günlük iş rejimi araşdırmalıdır. Bu məsələni təkcə İqtisadiyyat Nazirliyi həll edə bilməz. Üstəlik, bu məsələ ölkədən ölkəyə fərqlənə bilər", - Əliyev  "Gələcəyə qayıdış” devizi ilə keçirilən İnsan Resursları Zirvəsində deyib.
 
2022-ci il yanvarın 1-dən Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) yeni qərar qəbul edərək 4,5 günlük iş rejiminə keçib. Niderlandda da bəzi müəssisələr artıq 29 saatlıq iş həftəsinə keçib. Hazırda Böyük Britaniyada 30 şirkət 4 günlük iş rejiminə keçməklə bağlı pilot layihə həyata keçirir. Azərbaycanın qonşu olan Rusiya, Türkiyə və Gürcüstanda da 4 günlük iş rejiminə keçidlə bağlı məsələ müzakirə edilir.
 
Dörd günlük iş ilk dəfə 1950-ci illərdə ABŞ-da müzakirəyə çıxarılıb. 1954-cü ildə hətta prezident Nikson, insanlara dörd günlük iş həftəsini vəd edib. Sonra bu ideya unudulub və yalnız 1970-ci illərdə yada düşüb. Belə ki, 1971-ci ildə korporativ menecment məsləhətçisi olan Riv Pur, "iş və istirahət inqilabı haqqında” "4 gün, 40 saat” adlı kitabını nəşr edib. O yazırdı ki, dörd günlük iş həftəsi, işçilərin effektivliyini və şirkətin mənfəətini artıracaq. Pur hesab edir ki, gündə 10 saat olmaqla, iş həftəsi 4 gündən ibarət olmalıdır. Əvvəlki dövrlərdən fərqli olaraq, müasir yanaşma iş saatlarının azaldılmasını nəzərdə tutur. Bu mövzunu əhatə edən təcrübələr, dünya üzrə bir sıra şirkətlər tərəfindən daim keçirilir. Ən sonuncu və uğurlu eksperimentlərdən biri 2018-ci ildə keçirilib. Belə ki, Yeni Zelandiyada işçilərin dördgünlük iş rejimi ilə bağlı araşdırma keçirilib. Beləcə, 2018-ci ilin noyabrında Yeni Zelandiyanın "Perpetual Guardian” kampaniyası dünyada dördgünlük iş rejiminə keçən ilk şirkət olub. Bununla da onlar həftəlik iş saatlarını 37,5-dən 30-a qədər azaldıblar.
 
Gülnar 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol