• $
  • €
  • ₽
  • ₺
  • £

"Elektron sistemlər də məmurlarla bərabər istirahət edir" - VƏKİL

"Elektron sistemlər də məmurlarla bərabər istirahət edir" - VƏKİL
03.07.2023 16:51
Geridə qalan 9 günlük qeyri-iş günü müddətində "Elektron Məhkəmə Sistemi” də işləməyib. Ədliyyə Nazirliyinin sistemi baxımsız qoyması səbəbindən ərizə və şikayətlərə də baxılmayıb. Bu sözləri ekspert Əkrəm Həsənov öz sosial media hesabında paylaşıb.
 
Onun sözlərinə görə, qeyri-iş günlərində "Elektron Məhkəmə Sisitemi" işləməydiyinə görə, vətəndaşlar şikayət və ərizələrini sistemə daxil edə bilməyiblər. Bu isə o deməkdir ki, iddia, şikayət və digər müraciətlərin vaxtında verilməməsi təhlükəsi mövcuddur.
 
Ekspert bildirir ki, Ədliyyə Nazirliyində bu işə nəzarət edən şəxslər bayram günlərində işləməyiblər və bu hal dəfələrlə olub.
 
IKT üzrə ekspert Elvin Abbasov bildirir ki, elektron sistem işləmədiyi halda vətəndaşlar sistemə fiziki olaraqda müraciət edə bilərlər.
 
"Ümumiyyətlə elektronlaşma, rəqəmsallaşma o deməkdir ki, sistem 24 saat işlək vəziyyətdə olmalıdır. Elektron məhkəmə də şəxs istənilən vaxt müraciət edə bilər, amma geri dönüş iş günündə araşdırılıb, daha sonra göndərilməlidir. Elektron sistemlər Azərbaycanda tam formalaşmayıb və sistemdə bəzi nasazlıqlar ola bilər. Hal-hazırda ölkəmizdə elektron sistemləri tək seçim deyil, eyni anda sistemə fiziki şəkildə və yaxud gmail  adresi vasitəsi ilə də göndərilə bilər. Ona görə də arqument olaraq deyə bilmərik ki, elektron sistemlərin işləmir”, - ekspert vurğulayıb.   
 
Eltac Nurullazadə

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol