• $
  • €
  • ₽
  • ₺
  • £

Xəzərdə neft və qaz istismarı yeni zəlzələ ocaqları yarada bilərmi?

Xəzərdə neft və qaz istismarı yeni zəlzələ ocaqları yarada bilərmi?
04.07.2023 21:14
Xəzər dənizində neft və qaz istismarının zəlzələ ocağı yaratmaması üçün qabaqlayıcı tədbirlər görülür. Bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Xəzər dənizində baş verən zəlzələyə dair keçirdiyi mətbuat konfransında bildirib.
 
O, bildirib ki, neft və istismarı zamanı əsas məsələlərdən biri balansın qorunmasıdır.

"Dənizdə neft və qazın istismar olunması nəticəsində zəlzələ ocaqları yarana bilməz. Orada proses gedərkən balans düzəlir. Çünki həmin yerdə aşağı təzyiqli laylar var. Quyularda nefti çıxardıqdan sonra oraya fülyutlar vurulur ki, həmin təzyiq və balans eyniləşsin. Bu da həmin ərazilərdə zəlzələ ocaqlarının yaranmasının qarşısını alır", - o bildirib.
 
İyulun 4-də gecə saatlarında  Xəzərdə 5,7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Xaçmaz şəhərindən 80 km şimal-şərqdə, ocağı isə 35 km dərinlikdə yerləşib. Yeraltı təkanlar Bakıda və ölkənin bir sıra rayonlarında hiss olunub.
 
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Azərbaycanda yaxın vaxtlarda qorxulu, dağıdıcı zəlzələ gözlənilmədiyini deyib.

Eltac Nurullazadə

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol