Qanunsuz heyvan və balıq ovu ilə bağlı cinayət işlərinin sayı açıqlanıb

2023-cü ildə qanunsuz heyvan və balıq ovu ilə əlaqədar 7 cinayət işi və 149 inzibati xəta haqqında iş üzrə icraat başlanıb. Bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev bildirib.
"Bu istiqamətdə prokurorluq tərəfindən işlər görülür. Bu qanun pozuntuları aşkar olunaraq müvafiq tədbirlər həyata keçirilir",- idarə rəisi "Ekologiyanın mühafizəsi" mövzusunda mətbuat konfransında vurğulayıb.
Cinayət təqibindən kənar icraatlar idarəsi 2020-ci ildən fəaliyyət göstərir.
Aytac Zeynalova
www.anews.az
























