Qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı daxil olan müraciətlərin sayı açıqlanıb

2023 cü ilin birinci rübündə qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı yerli qida obyektlərindən 4 214 müraciət daxil olub. Bunu AQTA sədri Qoşqar Təhməzli 2023-cü ilin 6 ayı ərzində görülmüş tədbirlərə dair mətbuat konfransında deyib.
"Müraciətlər əsasında 3 905 qida obyekti qeydiyyata alınaraq Qida Təhlükəsizliyi Reyestrinə daxil edilib. Qeydiyyatı və təsdiqi olmadan fəaliyyət göstərən obyektlərlə bağlı ciddi tədbir görüləcək”-AQTA sədri əlavə edib.
Sədr bildirib ki, təsdiq üçün müraciət etməyən şirkətlərin xüsusi risk qrupuna daxil olan baytarlıq nəzarətinə aid qida məhsullarını idxal etməsi mümkün olmayacaq.
Aytac
www.anews.az
























