• $
  • €
  • ₽
  • ₺
  • £

Xaricdə təhsillə bağlı Dövlət Proqramına sənəd qəbulu üzrə ilkin siyahı təsdiqlənib

Xaricdə təhsillə bağlı Dövlət Proqramına sənəd qəbulu üzrə ilkin siyahı təsdiqlənib
14.07.2023 18:11
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na 2023-2024-cü tədris ilinə dair sənəd qəbulu üzrə ilkin nəticələr müəyyən olunub.

Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

Müsabiqənin ilkin nəticələrinə əsasən, ümumilikdə 134 namizəd müvafiq seçim qaydalarına dair meyarlara uyğun olaraq Dövlət Proqramına qəbul olub və proqram iştirakçısı adını qazanıb.

Təqaüd qazanan gənclər sırasında 6 nəfər "University College London", 3 nəfər "Harvard University", 1 nəfər "Massachusetts Institute of Technology", 2 nəfər "ETH Zurich", 2 nəfər "Imperial College London", 3 nəfər "Columbia University", 1 nəfər isə "Stanford University" kimi nüfuzlu ali təhsil müəssisələrindən qəbul alıb.

Dövlət Proqramı çərçivəsində ilkin mərhələdə sənədlərini düzgün şəkildə təqdim edən namizədlər müsahibə mərhələsinə dəvət olunurlar. Müsabiqə üzrə digər müraciətçilərin nəticələrinin növbəti həftələrdə ictimaiyyətə açıqlanması nəzərdə tutulur.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol