• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” müştəri məmnuniyyəti üzrə göstəricilərini artırmağa davam edir

“Nar” müştəri məmnuniyyəti üzrə göstəricilərini artırmağa davam edir
31.07.2023 15:55
"Nar” 2023-cü ilin ilk yarısında keçirilən sorğular əsasında göstərdiyi xidmətlərlə bağlı müştəri məmnuniyyəti göstəricilərini açıqlayıb. 

Günün istənilən saatında xidmətə hazır olan "Nar”ın 777 Çağrı Mərkəzinə son altı ayda 800 000-ə yaxın abunəçi müraciəti daxil olub və orta hesabla onlara 2 dəqiqə ərzində cavab verilib. Ötən illə müqayisədə məmnunluq göstəricisi 2% artaraq 91,4% olub. 

"Nar” xidmət mərkəzlərinə cari ilin keçdiyimiz dövründə müxtəlif sorğularla müraciət edən 20 000-dən çox abunəçinin 98%-i mobil operatorun göstərdiyi xidmətlərdən razılıqlarını bildiriblər. Müştərilərin bu xidməti seçməsinin əsas səbəblərindən biri daha rahat xidmət təqdim edən yenilənmiş "Nar” mağazalarının istifadəyə verilməsidir. Bu ilin ilk yarısında yeni standartlara cavab verən 7 "Nar” mağazası təqdim edilib, ilin sonuna qədər isə 12 "Nar” mərkəzi üstün müştəri xidməti üçün hazır vəziyyətə gətiriləcək. 

1 milyondan çox abunəçi isə müraciətini "Nar+” tətbiqi vasitəsilə edib. Onların orta hesabla 87,4%-i bu tətbiq üzərindən rahat şəkildə cavab alıblar. Bundan başqa, "Nar”-ın sosial media komandası 40 mindən çox ismarıca operativ reaksiya verib. Müraciətlər daha çox tariflər, internet paketləri və nömrə ilə bağlı əməliyyatlar haqqında olub.

Müştəri təcrübəsinin hər zaman yüksəldilməsinə diqqət yetirən "Nar” davamlı olaraq abunəçilər üçün daha rahat istifadəyə yönəlik təkmilləşdirmələr aparır.
 
Nar hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. Nar son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol