• $
  • €
  • ₽
  • ₺
  • £

İyulda dünya bazarında ərzaq qiymətlərində bahalaşma müşahidə olunub

İyulda dünya bazarında ərzaq qiymətlərində bahalaşma müşahidə olunub
04.08.2023 15:57
İyulda dünyada ərzaq qiymətlərində artım müşahidə olunub. Bu barədə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO son açıqladığı hesabatda qeyd olunub.  
 
Bildirilib ki, artım əsasən Qara dənizdə taxıl sazişinin dayanması və düyü ticarətinə qoyulan yeni məhdudiyyətlərlə bağlıdır. 
 
Hesabatda vurğulanıb ki, iyulda bitki yağının qiymətində iyunla müqayisədə 12,1% artım olub. 
 
Ötən ayda taxılın, şəkərin, süd məhsulları və ətin qiymətləri bir qədər ucuzlaşıb.


Dövlət Statistika Komitəsinin altı aylıq hesabatına görə, Azərbaycanda inflyasiya 12,7% təşkil edib. 
 
6 ayda istehlak qiymətləri indeksi ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 115,1 %, qeyri-ərzaq məhsulları üzrə 111,4 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,5 % təşkil edib.
 
Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib ki, Azərbaycanda inflyasiyanın iki rəqəmli olacağı proqnozlaşdırılsa da ilin sonuna kimi bu rəqəmin 10%-dan az olması da mümkündür.  
 
2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9% təşkil edib.
 
İqtisadiyyat Nazirliyinin yenilənmiş hesablamalarına əsasən, 2023-cü il üçün inflyasiya 10,4% səviyyəsində proqnozlaşdırılır.

Gülnar Nazimqızı 
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol