• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda sabit internetin inkişafı niyə mobildən geridədir? - Ookla

Azərbaycanda sabit internetin inkişafı niyə mobildən geridədir? - Ookla
15.08.2023 17:45
Azərbaycan mobil internetin sürətinə görə, bütün Qafqaz və Mərkəzi Asiyada birinci yerdədir. Amma sabit genişzolaqlı internetdə isə bu bölgədə bir çox ölkədən geridə qalıb. Bu barədə "Ookla"  şirkətinin Speedtest qlobal indeksinin son rəqəmlərində məlumat verilib.
 
Ookla dünya üzrə ölkələrdə internetin sürətinin monitorinqi ilə məşğul olur. Belə ki, onun mütəxəssislərini hazırladığı speedtestlər mütəxəssislər tərəfindən qəbul edilir və ən peşəkar hazırlanan testlər sayılır. 

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayəsi Assosiasiyasının İdarə Həyətinin rəhbəri Elvin Abbasov mobil internet və sabit internet arasındaki bu fərqi izah edib. 

"Azərbaycanda ev təsərrüfatlarının 44%-i genişzolaqlı internetlə təmin edilib. Bu o deməkdir ki, artıq vətəndaşın qapısının ağzında genişzolaqlı internet var və hər kəs bu xidmətdən yararlana bilər. Hədəf odur ki, "Onlayn Azərbaycan” layihəsi çərçivəsində 2024-cü ilin sonunadək ölkə ərazisində bütün ev təsərrüfatları GPON və digər texnologiyalar vasitəsilə minimum 25 Mbit/s sürətli genişzolaqlı internet ilə təmin edilsin. Həmçinin layihə müddətində köhnə mis magistral kabel infrastrukturunun optik kabellərlə əvəzlənməsi və optik paylayıcı şəbəkələrin qurulması həyata keçirilsin. Nəticədə yüksəksürətli internetdən istifadənin genişləndirilməsi və sabit genişzolaqlı internet abuneçilərinin faizinin artırılmasl planlaşdırılır", - Elvin Abbasov deyib.

Onun  fikrincə, Azərbaycan interneti geridə deyil, sadəcə digər ölkələr Azərbaycandan daha tez inkişaf edir.  

"Nəzərə alsaq ki, 2017-2020-ci illərdə qurulmuş fiber-optik şəbəkənin əhatə etdiyi ev təsərrüfatlarının sayı cəmi 227 min olub. "Onlayn Azərbaycan” layihəsi icra edilməyə başlanıldığı 2,6 il ərzində 1,17 milyondan çox ev təsərrüfatının genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Bu rəqəm əvvəlki 4 illə müqayisədə ən azı 5 dəfə çoxdur. təkcə 2023-cü ilin ilk yarımında 357 min ev təsərrüfatı genişzolaqlı internetin əhatə dairəsindədir. Bu isə mövcud ev təsərrüfatlarının 44%-ini təşkil edir. 2023-cü ilin sonunadək daha 256 min ev təsərrüfatının genişzolaqlı internet ilə təmin edilməsi hədəflənir, bununla da göstərici 445-dən 55%-ə yüksəlmiş olacaq”, - Abbasov bildirib.

Elvin Abbasov həmçinin qeyd edib ki, sabit genişzolaqlı (fiber-optik) internetin sürəti 2022-ci ilin iyununda 22 Mbit/s-dən 29.47 Mbit/s-ə yüksəlib, bu isə 34% artım deməkdir. 

2024-cü ilin sonunadək tamamlanması planlanan "Onlayn Azərbaycan” layihəsinin əsas operatoru "Aztelekom”dur. 

Rabia Hale Seferoğlu

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol