Qarabağda nə qədər ərazi minadan təmizlənib? - Son rəqəmlər

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən azad edilmiş ərazilərdə 392,12 hektar ərazi mina və parlamamış hərbi sursatlardan təmizlənib. Bu barədə ANAMA-dan bildirilib.
"Avqustun 7-dən avqustun 12-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 185, tank əleyhinə 65 mina və 35 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib", - məlumatda deyilir.
Son 30 ildə Azərbaycanda təxminən 3 350 nəfər minaya düşüb.
2020-ci ilin noyabrından Azərbaycan ərazisindən 81 min 386 hektar ərazi minalardan təmizlənib.
2023-cü ilin dörd ayında işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) tərəfindən 3 878 ədəd mina və partlamamış hərbi sursat aşkarlanıb.
Bu ilin martın 17-də baş nazir Əli Əsədov Milli Məclisdə hökumətin hesabatında çıxışında bildirib ki, hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.

Gülnar
www.anews.az