• $
  • €
  • ₽
  • ₺
  • £

Daşkəsəndə aptekdə bioloji aktiv qida məhsulu ilə bağlı pozuntular aşkarlanıb - FOTO

Daşkəsəndə aptekdə bioloji aktiv qida məhsulu ilə bağlı pozuntular aşkarlanıb - FOTO
18.08.2023 21:40
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, görülən tədbirlər çərçivəsində Daşkəsən rayonunun T.İsmayılov küçəsi, 21 ünvanında fəaliyyət göstərən "Dokta” MMC-yə məxsus aptekdə yoxlama aparılıb.

Yoxlama zamanı aptekdə qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların tələblərinin pozulması faktları aşkar olunub. Aptekdə satışı həyata keçirilən "Tempukan” əmtəə nişanlı bioloji aktiv qida məhsulunun istifadə təlimatında qanunvericiliyə zidd olaraq, həmin məhsulun insan xəstəliklərinin qarşısının alınması və müalicə xüsusiyyətlərinə malik olması barədə qeydlərin yazıldığı müəyyən edilib. Həmçinin qablaşdırılma üzərində və istifadə təlimatında məhsulun istifadə qaydası barədə dəyişdirilmiş məlumatların verildiyi aşkar olunub.

Eyni zamanda, aparılan araşdırma çərçivəsində "Tempukan” məhsulunun "Nes Group” MMC tərəfindən ölkəyə gətirildiyi müəyyən edilib. Həmçinin idxal zamanı həmin bioloji aktiv qida məhsulunun qablaşdırılması üzərindəki etiketin və istifadə təlimatının qanunvericiliyə uyğun olaraq təmin edildiyi, lakin sonradan idxalçı tərəfindən məlumatlar dəyişdirilərək məhsulların satışa göndərildiyi aşkar olunub.

Aşkarlanmış faktlarla əlaqədar "Dokta” MMC-yə məxsus aptekin vəzifəli şəxsi və "Nes Group” MMC-nin rəhbərliyi barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Eyni zamanda, "Dokta” MMC-də aşkarlanan nöqsanların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib. "Nes Group” MMC ilə bağlı isə istifadə təlimatında və qablaşdırılması üzərində müxtəlif xəstəliklərin qarşısının alınmasına dair qeydlərin yazılması, eləcə də istehsalçı tərəfindən tövsiyə edilən istifadə qaydasının dəyişdirilməsi ilə əlaqədar həmin məhsul partiyasına verilmiş qida təhlükəsizliyi sertifikatının ləğv olunması və məhsul partiyasının dövriyyədən geri çağırılması ilə bağlı qərarlar qəbul edilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol