Sabah bu rayonlara qazın verilişi dayandırılacaq

Ağdam 4 yol ölçü qovşağından qidalanan qaz kəmərinin kipliyə sınaq olunması, həmçinin "Qaz İxrac” İdarəsi tərəfindən "Alvadı” və "Ağdaş” QPS-lərin girişində 200 millimetrlik kranların dəyişdirilməsilə əlaqədar avqustun 25-də saat 09:00-dan qaz təchizatı dayandırılacaq.
Təmir işləri görülən müddətdə Ağdam, Masallı və Ağdaş rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
www.anews.az
Bu barədə "Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
www.anews.az
























