İsmayıllıda sel səbəbindən təhlükəli vəziyyətdə qalan vətəndaşlar təxliyə olunublar

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə İsmayıllı rayonunun Mollaisaqlı kəndində çaya sel gəlməsi səbəbindən vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən bildirilib ki, daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, intensiv yağan yağışlar nəticəsində çaya sel gəlməsi səbəbindən Mollaisaqlı kəndində vətəndaşlar təhlükəli vəziyyətdə qalıb.
www.anews.az
























