• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell abunəçiləri “NaviMax”-la övladlarının təhlükəsizliyinə nəzarət edə biləcək

Bakcell abunəçiləri “NaviMax”-la övladlarının təhlükəsizliyinə nəzarət edə biləcək
28.08.2023 12:46
Bakcell şirkəti "NaviMax” tətbiqi ilə yeni xidmətini istifadəyə verir. "Navimax” əsasən, uşaqların və ailə üzvlərinin fəaliyyətini izləmək üçün nəzərdə tutulan tətbiqdir. 


Bakcell abunəçiləri bu tətbiq vasitəsilə, övladlarını məktəb, bağça və digər yerlərdə rahatlıqla izləyə, onların təhlükəsizliyinə tam nəzarət edə biləcəklər. Valideynlər övladlarının mobil cihazını öz dost obyektləri siyahısında qeydiyyatdan keçirməklə, onların hərəkət trayektoriyasından xəbərdar olacaqlar. 


Valideynlər "NaviMax”la övladlarının hərəkət radiusu üçün koordinatlar təyin edə, icazə verilən hərəkət poliqonundan uzaqlaşma anında mobil bildiriş alma imkanına sahib olacaqlar.


Xidmətin aktivləşdirilməsi və deaktivləşdirilməsi tətbiq vasitəsilə həyata keçirilir.  Bakcell abunəçiləri 3020 qısa nömrəsinə SMS göndərməklə, tətbiqlə bağlı məlumat və link əldə edə bilərlər. Xidməti deaktiv etmək üçün isə, 3020 qısa nömrəsinə "STOP” yazıb göndərmək kifayətdir.


Bakcell abunəçiləri tətbiqdən 1 həftə pulsuz istifadə edə biləcəklər. Pulsuz istifadə dövrü başa çatdıqdan sonra, ödənişli abunəlik avtomatik aktivləşdirilir. Tətbiqə abunəlik haqqı aylıq (30 gün) 1 AZN təşkil edir. 


Bakcell şirkəti hazırda "Bakcell ilə ən sürətli ol” şüarı ilə genişmiqyaslı kampaniya həyata keçirir. 


Xatırladaq ki, şirkət NEQSOL Holding-in tərkibinə daxildir.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol