• $
  • €
  • ₽
  • ₺
  • £

SİMA İmza ilə “MJ Financial Services BOKT"dan kredit əldə etmək daha sürətli və rahat oldu!

SİMA İmza ilə “MJ Financial Services BOKT"dan kredit əldə etmək daha sürətli və rahat oldu!
04.09.2023 12:24
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "AzInTelecom” MMC tərəfindən yaradılan SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imza maliyyə qurumları üzrə tərəfdaş çevrəsini genişləndirməyə davam edir.

SİMA İmzanın yeni tərəfdaşı "MJ Financial Services BOKT" ASC ("MJ FS BOKT”) olub. Artıq təyin olunmuş mağazalardan kreditlə mal almaq üçün BOKT-a müraciət edən şəxslər SİMA İmza vasitəsilə kredit əldə etmə prosesini daha rahat və sürətli şəkildə reallaşdıracaq. Belə ki, müştərilərin satış nöqtəsinə və ya BOKT-a gəlmədən şəxsiyyət vəsiqəsi, iş yeri və ya təqaüdü barədə məlumatları, eləcə də kredit tarixçəsinin SİMA İmza vasitəsilə yoxlanılması mümkün olacaq.

Kredit üçün müraciət etmiş və müsbət cavab almış şəxslərə "MJ FS BOKT” tərəfindən SMS vasitəsilə link göndəriləcək. Müştəri həmin linkə daxil olub SİMA İmza vasitəsilə sənədləri anında imzalayacaq.
Qeyd edək ki, kredit müqaviləsini imzalamaq üçün SİMA İmza tətbiqini mobil cihaza yükləyib qeydiyyatdan keçmək mütləqdir. Əks təqdirdə müştəriyə göndərilən link işlək olmayacaq.

SİMA İmza yeni nəsil rəqəmsal imza ilə xidmətlərin təşkili həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması kimi bir sıra üstünlüklər yaradır. Həmçinin SİMA İmzanın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı da qazandırır.

Mobil tətbiqlə işləyən imzanı əldə etmək üçün SİMA İmza tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.

SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və "157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol