• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda son bir həftədə koronavirusa yoluxanların sayı açıqlanıb- STATİSTİKA

Azərbaycanda son bir həftədə koronavirusa yoluxanların sayı açıqlanıb- STATİSTİKA
11.09.2023 17:57
İndiyədək ölkədə ümumilikdə 832 438 nəfərin koronavirus (COVID-19) infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 822 004 nəfər müalicə olunaraq sağalıb, hazırda 132 aktiv xəstə var. Bu barədə  Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

 
Bildirilir ki, həmin müddətdə infeksiyaya 126 yeni yoluxma faktı qeydə alınıb. Bu günə qədər 10 302 nəfər vəfat edib.

Məlumata görə, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 909, bu günə qədər isə ümumilikdə 7 677 476 test icra olunub.

Eyni zamanda ölkədə son həftə ərzində 91 nəfər vaksinasiya olunub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 969 392 olub.
 
2019-cu ilin dekabrında, Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində yerli Huanan ət və dəniz məhsulları bazarı ilə əlaqəli yerli sakinlərdə naməlum mənşəli pnevmoniya xəstəliyinin ilk aşkar olunması ilə başladı. Daha sonra bu virus sürətlə yayılmağa başladı. 
 
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
 
Azərbaycanda pandemiya 2020-ci ilin fevralında təsdiqlənib. 
 
Aytac Zeynalova
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol