• $
  • €
  • ₽
  • ₺
  • £

Gələn ildən metroda bank kartı ilə ödəniş üçün işlərə başlanılacaq

Gələn ildən metroda bank kartı ilə ödəniş üçün işlərə başlanılacaq
12.09.2023 20:32
Bank kartları ilə metroda ödəniş üçün araşdırmalar aparılıb.

Bunu açıqlamasında "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, metropolitendə bank kartları ilə ödəniş sistemin tətbiqi öyrənilib.

"Gələn ilin əvvəlindən bank kartları ilə metroda ödəniş sisteminin texniki qaydada həlli üçün işlərə başlanılacaq. İlk texniki sınaqlardan sonra ictimaiyyətə məlumat veriləcək”, – deyə B.Məmmədov əlavə edib.

Bəxtiyar Məmmədov qeyd edib ki, gediş haqqının çeşidli şəkildə ödənilməsi məsələsi "Bakı Metropoliteni”nin diqqət mərkəzindədir.
"Yeni texnologiyaların imkanlarından istifadə olunması istiqamətində işlər aparılacaq”, – deyə o, əlavə edib.

"Bakı Metropoliteni” QSC-də pilot layihə kimi ilk dəfə yeni ödəniş üsulunun tətbiqinə başlanılıb. Bənövşəyi xəttin "Xocəsən” və "8 Noyabr” stansiyalarında sərnişinlər "BakıKart” plastik kartından savayı, "BakıKart” mobil tətbiqinin QR biletlərindən də istifadə edə bilərlər.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol