• $
  • €
  • ₽
  • ₺
  • £

Sabah 2 rayonda təbii qazın verilişi müvəqqəti dayandırılacaq

Sabah 2 rayonda təbii qazın verilişi müvəqqəti dayandırılacaq
26.09.2023 19:29
Sabah Biləsuvar rayonunun 11 kəndində təbii qazın verilişi müvəqqəti dayandırılacaq.

Bu barədə Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Biləsuvar qazpaylayıcı stansiyasından qidalanan daşıyıcı qaz xətlərində 27 sentyabr saat 10:00-dan başlayaraq işlər başa çatana qədər aparılan təmir-yoxlama və kipliyə sınaq işləri ilə əlaqədar rayonun Bağbanlar, Çinarlı, Aranlı, Çaylı, Günəşli, Ağayrı, İsmətli, Nəsimikənd, Nərimankənd, Səmədabad və Arazbarı kəndlərinə (ümumilikdə 5 222 nəfər abonent) təbii qazın verilişi dayandırılacaq.
 
Həmçinin sabah saat 09:00 radələrindən görüləcək işlər başa çatanadək, "Günəşli” QPS-dən qidalanan yeraltı orta təzyiqli qaz kəmərlərinin kipliyə sınaq edilməsi ilə əlaqədar Cəlilabad rayonunun Şiləvəngə, İnili, Şabanlı, Təklə, Babalı, Cəlayir, Qasımbəyli, Abışabad və Abazallı kəndlərinə (ümumilikdə 1 226 abonent) təbii qazın verilişində fasilə yaranacaq.

Abonentlərdən xahiş edilir ki, qeyd olunan yaşayış məntəqələrində qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaqla, təhlükəsizlik tədbirlərinə riayət etsinlər.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol