Göygöldə yük maşını aşıb: Xəsarət alanlar var - YENİLƏNİB

Göygöldə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların şəxsiyyəti dəqiqləşib.
"Report”un məlumatına görə, yol-nəqliyyat hadisəsi zamanı, Laçın rayon sakinləri, 1977-ci il təvəllüdlü Habil Cavadov və 1980-ci il təvəllüdlü Xasay Hümbətov müxtəlif xəsarətlər alıblar.
Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdiriliblər, vəziyyətləri kafi qiymətləndirilir.
Hadisə Göygöl-Toğanalı-Kəlbəcər yolunda "KamAZ” markalı yük maşının idarəetmədən çıxaraq aşması nəticəsində baş verib.
Faktla bağlı araşdırma aparılır.
Göygöl-Toğanalı-Kəlbəcər yolunda yük maşını aşıb, xəsarət alanlar var.
"Report”un məlumatına görə, "KamAZ” markalı yük maşınının idarəetmədən çıxaraq aşması nəticəsində xəsarət alan sürücü və sərnişin xəstəxanaya çatdırılıb.
Onların şəxsiyyətləri dəqiqləşdirilir.
www.anews.az
























