91% respondent Qarabağdakı cinayətkarların həbs olunmasını istəyir - Sorğu

Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi rəy sorğusuna görə respondetlərin 90,7%-i erməni silahlı qüvvələrinin rəhbərlərinin cinayətə cəlb olunmalı olduğunu açıqlayıb. Bu barədə qurumun son sorğu hesabatında məlumat yerləşdirilib.
Sorğuda iştirak edən 5,9% respondet amnistiyanın olduğunu vurğulayıb. 3,4% şəxs isə cavab verməkdən imtina edib.
Mərkəz keçirilən sorğunu telefon vasitəsilə 385 nəfərin arasında keçirib və bildirib ki, gender əmsalı qorunub.
Bak Prokuror Kammran ƏƏliyev oktyabrın 1-də mətbuata açıqlamasında bildirib ki, ermənilərin Qarabağda törətdikləri cinayətlərə görə 300-dən çox axtarışa verilib.
Rəsmi Bakı Qarabağ cinayətlərində əli olan bir neçə şəxsi artıq həbs edib. Hazırda bu istiqamətdə proseslərin davam etdiyini açıqlayıb.
Qondarma rejim yanvarın 1-dən özünü buraxdığını elan etməklə bağlı qərar qəbul edib. Azərbaycan tərəfi bildirib ki, silahı yerə qoyan silahlı şəxslərin Qarabağı rahat tərk etməsi ilə bağlı şərait yaradılacaq.
www.anews.az
























