Fuad Muradov saxlanılıb

"Milli Fədailər Hərəkatı”nın qurucusu fəal Fuad Muradov saxlanılıb. Bu barədə "Müdafiə Xətti” hüquq müdafiə təşkilatının rəhbəri Rüfət Səfərov facebook hesabında bildirib.
Səfərov bildirir ki, o "hədə-qorxu ilə tələb etmə” maddəsi ilə ittiham olunub, bundan sonra Nərimanov Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Məlumatı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti təsdiqləyib.
Fuad Muradov vaxtaşırı müxalifət nümayəndələrini və hakimiyyəti tənqid edən digər şəxsləri "hədələməklə" tanınıb.
www.anews.az www.anews.az
























