Tərtərdə daha bir nəfər minaya düşüb

Oktyabrın 6-da saat 20:30 radələrində Tərtər rayonunun Həsənqaya kəndi ərazisində kənd sakini 1986-cı il təvəllüdlü Zaməddin Həsənlinin minaya düşməsi barədə polisə məlumat daxil olub.
DİN Mətbuat Xidmətindən bildirilib ki,Zaməddin Həsənli minaya düşməsi nəticəsində ayağından xəsarət alıb. O, dərhal xəstəxanaya çatdırılıb.
www.anews.az
























