• $
  • €
  • ₽
  • ₺
  • £

Qaz limiti ilə bağlı yeni rəqəmlər açıqlandı

Qaz limiti ilə bağlı yeni rəqəmlər açıqlandı
07.10.2023 17:37
Payız-qış mövsümü başlayıb. İlin soyuq aylarında əhali mənzillərin isidilməsində təbii qazdan daha çox istifadə edir. Ölkədə təbii qazın verilməsində qiymətlər üzrə limit müəyyənləşib. Yəni əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün bir tarif, digər 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün başqa tariflər müəyyənləşdirilib.

Hazırda əhalinin illik istehlakının 1200 kubmetrədək olan hissəsinin qiyməti 12 qəpikdən hesablanır. 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün isə müvafiq olaraq 20 və 25 qəpik müəyyən edilib.

Vətəndaşların bəziləri təbii qazın aşağı tariflə, yəni hər kubmetrə görə 12 qəpik ödənilən həcmini aşdıqlarını bildirirlər.

Qaz limitləri ilə bağlı son statistika necədir? "Azəriqaz” İB-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdir Eldəniz Vəliyev rəqəmləri təqdim edib:
"2023-cü ilin yanvar-sentyabr ayları ərzində əhali sektorunda təbii qazla təmin olunan 1 1 537 336 abonent 12 qəpik tarifilə (ümumi abonentlərin 61,0 %), 874 420 abonent 20 qəpik tarifilə (ümumi abonentləin 34,7 %) və 108 449 abonent 25 qəpik tarifilə (ümumi abonentləin 4,3 %) qazdan istifadə edib”.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol