BP və tərəfdaşları tərəfindən ölkədə ilk bal meşəsi salınıb

BP və tərəfdaşları tərəfindən "Şirin qızıl" layihəsində Yevlax, Goranboy, Samux, Şəmkir, Ağstafa və Tovuz rayonlarından seçilmiş 530 ailənin (2017-2020) öz şəxsi arıçılıq biznesinə başlaması və onu idarə etməsi üçün onlara lazımi resurslar və o cümlədən avadanlıqlarla təmin edilib.
Bunu "BP-Azerbaijan" şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tamam Bayatlı sosial layihələr və Yevlax nasos stansiyasına təşkil olunmuş mediaturda bildirilib.
Sözügedən ailələrə 6000-dən çox arı qutusu verilib.
Məlumata görə, 2018-2020-ci illərdə öz arılarından təxminən 73 ton bal əldə ediblər.
Həmin layihə üçün BP və tərəfdaşları birinci mərhələdə 397,900 azn, ikinci mərhələdə isə 2,400,000 azn maliyyə yardımı göstərilib.
Aytac Zeynalova
www.anews.az
























