• $
  • €
  • ₽
  • ₺
  • £

BMT İsraili fələstinlilərin Qəzzanın cənubuna köçməsi əmrini ləğv etməyə çağırıb

BMT İsraili fələstinlilərin Qəzzanın cənubuna köçməsi əmrini ləğv etməyə çağırıb
13.10.2023 21:54
BMT İsrail hakimiyyətini Qəzzalıların zolağın şimalından cənuba doğru hərəkət etməsi əmrini ləğv etməyə çağırır. Bu barədə BMT-nin Fələstindəki əməkdaşlarının Humanitar Məsələlərin Koordinasiya Ofisi (OCHA) tərəfindən göndərilmiş şərhində deyilir.

"BMT Fələstində İsrail hökumətini BMT agentlikləri və fələstinlilərin təhlükəsizliyinə və ya geri qayıtmalarına zəmanət olmadan "dərhal Qəzza zolağının cənubuna köçməli" elanını ləğv etməyə çağırır. Bu, qarşısı alına bilən və alınmalı olan humanitar faciəyə səbəb olacaq", - BMT qeyd edib.

BMT rəsmiləri əlavə edib ki, bir milyon insan bir gündə köçə bilməz.

Oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb və Əl-Əqsa Daşqını əməliyyatının başladığını elan edib.
 
Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib.

İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı "Dəmir qılınclar” adlandırıb.
 
Baş verən hadisələr  fonunda hər iki ölkədən ölənlərinin sayının 2300-dən çox olduğu deyilir.
 
Avropa İttifaqı oktaybrın 10-da HƏMAS-ın İsrailə hücumu ilə bağlı fövqəlada iclas keçirəcəyini açıqlayıb. 
 

Gülnar 



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol