Şəhid ailələri və müharibə əlillərinə verilən mənzillərin sayı açıqlandı

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 50 mənzil təqdim edilib. Bu barədə 20 oktyabr - Zəngilan Şəhəri Günündə 4 saylı DOST Mərkəzində mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində deyilib.
Bildirilir ki, məzillər Bakının Ramana, Kürdəxanı qəsəbələrində və Abşeron rayonundakı yeni yaşayış kompleksindən verilib.
Postmüharibə dövründə 5 350, ümumilikdə ötən dövrdə 14 150 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim olunub.
Cari ildə artıq 650, postmüharibə dövründə 5 150, ümumilikdə ötən dövrdə 13 950 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim olunub.
2023-cü ildə ən azı 1500 mənzil və fərdi evin verilməsi işləri aparılır.
Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin avtomobillə təminatı tədbirləri çərçivəsində onlara postmüharibə dövründə 300-dən çox, ümumilikdə ötən dövrdə 7500-dən artıq avtomobil verilib.
Nazirliyin müəssisələrində 104 min şəxsə reabilitasiya xidmətləri göstərilib, əlilliyi olan şəxslərə 246 min reabilitasiya vasitəsi, o cümlədən müharibə ilə əlaqədar əlilliyi olan 416 şəxsə 433 son nəsil yüksək texnologiyalı protez verilib, sosial xidmətlər, günərzi, icma əsaslı reabilitasiya mərkəzləri şəbəkəsi genişləndirilib.
Aytac Zeynalova
www.anews.az
























