• $
  • €
  • ₽
  • ₺
  • £

Yerli istehsallı qaz sayğaclarının kütləvi tətbiqinə başlanılır

Yerli istehsallı qaz sayğaclarının kütləvi tətbiqinə başlanılır
20.10.2023 22:15
SOCAR "Azəriqaz” İstehsalat Birliyi abonentlərinin yerli istehsallı sayğaclardan istifadəsinə başlayır.

Bunu SOCAR "Azəriqaz”ın rəhbəri Ruslan Əliyev "Açıq qapı” aksiyası çərçivəsində bildirib.

Onun sözlərinə görə, bu məqsədlə "Gəncə Cihazqayırma Zavodu” ASC ilə müvafiq müqavilə imzalanıb.

"Bu gündən etibarən istehsalata verilən sayğaclar yerli sayğaclar olacaq, istehsalçı da "Gəncə Cihazqayırma Zavodu”dur”, – Ruslan Əliyev qeyd edib.

Onun sözlərinə görə, 2023-cü ilin qalan sayğac miqdarı və 2024-cü il üzrə müəyyən sayğac miqdarı "Gəncə Cihazqayırma Zavodu” istehsalı hesabına olacaq.

İmzalanan müqavilə yerli sahibkarlığın stimullaşdırılması, "Azəriqaz” üçün sayğaclarla bağlı olan məsələlərdə əlçatanlılığı (servis, logistika, məsafə yaxınlığı və s.) təmin etməklə, nəticədə abonentlərin məmnunluğuna xidmət edəcək.

İki qurum arasında imzalanan müqavilə 290 minə yaxın qaz sayğacının istehsalını nəzərdə tutur.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol