• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 2028-ci ildən FM analoq radio yayımı mərhələli şəkildə dayandırılacaq

Azərbaycanda 2028-ci ildən FM analoq radio yayımı mərhələli şəkildə dayandırılacaq
24.10.2023 18:15
2028-ci ildən ölkə ərazisində FM analoq radio yayımının mərhələlərlə dayandırılmasına başlanılacaq.

"Report” xəbər verir ki, bu, Azərbaycan ərazisində rəqəmsal radio yayımının tətbiqi və inkişafı üzrə Tədbirlər Planında öz əksini tapıb.

Tədbirlər Planının hədəf göstəricilərinə əsasən, 2027-ci ildə ölkə ərazisinin 99,6 faizi rəqəmsal radio yayımı ilə əhatə olunacaq.
Tədbirlər Planında nəzərdə tutulmuş prioritetlərin icrası nəticəsində 2026-cı ilədək rəqəmsal radio yayımına keçidlə əlaqədar tələb olunan normativ hüquqi aktlar formalaşdırılacaq. Eyni zamanda 2026-cı ilədək respublikanın şəhərlərinin və rayon mərkəzlərinin, həmçinin magistral avtomobil yollarının təxminən 70 faizi DAB+ rəqəmsal radio yayımı ilə əhatə olunacaq.

Məqsəd rəqəmsal radio yayımına keçidin məqsədi tezlik resurslarından səmərəli istifadə edilməsi, ölkə ərazisində müasir radio yayımının tətbiqi nəticəsində əhalinin daha keyfiyyətli radio yayımları və yeni növ informasiya xidmətləri ilə təmin olunması və efir məkanının təhlükəsizliyinin gücləndirilməsidir.

Tədbirlərin icrası üçün rəqəmsal radioyayım avadanlıqlarının alınmasına, çatdırılmasına və quraşdırılmasına 4.8 milyon manat vəsait tələb olunur. Maliyyəşdirilmə dövlət-özəl tərəfdaşlığı çərçivəsində və qanunla qadağan edilməyən digər mənbələrdən həyata keçiriləcək. Hesablanmış (ehtimal olunan) məbləğ keçiriləcək satınalma prosedurunun nəticəsinə uyğun dəyişə bilər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol