• $
  • €
  • ₽
  • ₺
  • £

"Kristal Abşeron" 5 ildir şikayətlərimə baxmır- Şikayətçi/VİDEO

"Kristal Abşeron" 5 ildir şikayətlərimə baxmır- Şikayətçi/VİDEO
03.11.2023 15:57
Sumqayıt sakini Təranə Səmədova yaşadığı Kristal Abşeronun inşa etdiyi mənzildən şikayətçidir. Bu barədə o anews.az-a bildirib.
 
Sakin iddia edir ki, mənzilin şaxtasında yaranan problemə görə, onun evinə su damır və dəfələrlə bununla bağlı şikayət edilsə də, məsələyə baxılmır.
 
"5 il əvvəl bura gəlmişəm, gəldiyim vaxtdan bəri mənzilin  şaxtasında problem var. Yuxarı mərtəbədən evimə su gəlir və nəmlənirdi. Artıq 5-ci ildə vəziyyət daha pis olub. Dəfələrlə baş idarəyə, qaynar xəttə şikayət etmişik, lakin şikayətlərimizə baxılmır. Tələb edirik ki, bizdən yuxarıda qalan kimdirsə, onun mənzilindən baxıb problemi həll etsinlər. Onların evinə çıxıb, bunu düzəltmirlər. Mənim hamamımı deşiblər, hər birinin videosunu çəkmişəm. Biz problemi deyirik, yalandan gəlib, üzlük çəkirlər, oboy vurub gedirlər. Bu dəfə artıq icazə vermədim ki, problem kökündən həll edilsin. Baş idarəyə getmişəm orada heç kim məsələyə baxmadı. Müdriyyətin yanına buraxmadılar. Məcbur ərizə yazdım. Məni Sumqayıt baş ofisinə göndərirlər, amma ora mənim 5 ildir müraciətimə baxmır. İçəri otaqdan mənə baş mühəndis Fərman müəllimin nömrəsin verdilər. O evimə gəldi, fen ilə aşağıda yuxarı tutaraq qurutdular. Dedilər 2 gün gözləyək. 2 gündən sonra yenə eyni yer nəmləndi. Sonra dedilər ki, quruyub, lakin mən göstərdim ki, yenə eyni vəziyyətdi. Usta göndərdilər. Usta da fen ilə qurutmaq istəyəndə yuxarıdan çoxlu su töküldü. Problemim hələ də tamamilə həll edilmir”, - Sumqayıt sakini şikayətində bildirib.
 
Məsələ ilə bağlı Kristal Abşerondan anews.az-a bildirildi ki, sakin artıq 5 ildir həmin mənzildə yaşayır və uzun müddət yaşadığı üçün mənzilə qulluğu özü etməlidir.
 
"Təranə xanım 5 ildir həmin mənzildə yaşayır. Bu o deməkdir ki, sakinlərimiz özləri mənzillərinə qulluq etməlidirlər. Bu şikayət bizə daxil olub. Sadəcə olaraq, biz mənzilləri inşa edib cəmiyyətə təhvil veririk. Mənzilə cəmiyyət baxır. Təranə xanım bizim mənzilin sakini olduğu üçün onun evinə əməkdaşlarımız baxış keçirməyi planlaşdırır. Məsələnin təcili olduğunu qeyd etdim. Əməkdaşlarımız sabah mənzilə baxış keçirəcəklər. Problemin şaxtadan və s. olması xanımın iddiasıdır. Baxış keçirildikdən sonra məsələ aydınlaşdırılacaq”, - Həsənova əlavə edib.
 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol