• $
  • €
  • ₽
  • ₺
  • £

Parisdə azərbaycanlı tələbələrin birinci şəbəkələşmə tədbiri təşkil edilib

Parisdə azərbaycanlı tələbələrin birinci şəbəkələşmə tədbiri təşkil edilib
03.11.2023 15:27
Azərbaycanın Fransadakı səfirliyi və Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) və Azərbaycan-Fransa Məzunlar Birliyinin təşkilatçılığı ilə "Parisdə 1-ci şəbəkələşmə” tədbiri keçirilib.

Tədbirdə Fransadakı səfirimiz Leyla Abdullayeva çıxış edərək, Azərbaycanın beynəlxalq və regional münasibətlərdəki rolundan danışıb.
 
Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun lider ölkəsi olan Azərbaycanın beynəlxalq nüfuzu daha da artıb və bu gün qlobal dialoqda fəal iştirak edir.

Səfir Azərbaycanın bir çox beynəlxalq təşkilatlara sədrliyindən danışıb, müstəqilliyini bərpa etdiyi bu qısa müddətdə ölkəmizin əldə etdiyi böyük nailiyyətlərdən bəhs edib. Azərbaycan ərazi bütövlüyünü və bütün ərazisi üzərində suverenliyini bərpa etdiyini bildirən səfir vurğulayıb ki, Azərbaycan regionda ən böyük inkişaf potensialına malik, eləcə də müstəqil siyasət aparan ölkədir. O, ölkəmizin çox həssas bir geosiyasi məkanda yerləşdiyini diqqətə çatdırıb.

Azərbaycan dövlətinin gənclər siyasətindən söz açan Leyla Abdullayeva əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Bildirib ki, söhbət gənclikdən və gənclərdən gedəndə ilk qeyd olunan təhsildir. Təhsil dövlətimiz üçün əsas prioritetlərdəndir. Çünki təhsilli, müxtəlif sahələrdə biliklərə malik insanlar həm ölkənin, həm özlərinin inkişafına töhfə verir.

Səfir Azərbaycan-Fransa əlaqələrindən, beynəlxalq təhsil sferasının inkişafından və gənclərimizin xaricdə təhsil zamanı birliyinin önəmindən söz açıb.

Tədbirdə Fransada təhsil, təmsilçilik, yerli icmalarla əlaqələrin qurulması, magistr, doktorantura təhsili zamanı yaranan çətinliklər və ASAP, onun fəaliyyəti, Fransada keçiriləcək layihələrlə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycanlı gənclərin təhsil aldıqları zaman yaranan problemləri dinlənilib. Ölkəmizin Fransada olan səfirliyi tərəfindən, eləcə də ASAP tərəfindən onlar üçün yaradılan imkanlardan danışılıb.
Tədbir müzakirələrlə davam edib.

Sonda ASAP-ın Fransa nümayəndəliyinin rəhbəri İlhamə Nəsibova çıxış edərək tədbirin təşkilatçılarına və dəstək verən qurumlara təşəkkürünü bildirib.
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol